yeni-yararadilmis-data-science-komitesine-uzv-qebulu-artiq-basladi

Yeni yararadılmış Data Science komitəsinə üzv qəbulu artıq başladı!

Data Science, Data Analytics, IT Business Analytics, Machine Learning və buna bənzər sahələr üzrə ixtisaslaşmaq, gələcək karyerasını bu sahələr üzrə qurmaq istəyən gənclərin nəzərinə!

Yenicə yaradılmış Data Science komitəmizə üzv qəbulu artıq başladı.

Beyin Mərkəzləri 2000-dən çox gənci öz ətrafında birləşdirir. Tərkibində 11 müxtəlif ixtisas və sahə yönümlü komitə olan Beyin Mərkəzləri gənclərin öz maraq dairələrinə və gələcək planlarına uyğun olan sahələr üzrə yetişməsi üçün müxtəlif təlimlər, görüşlər, infoturlar həyata keçirir.

Data Science komitəsinin üzvü olmaqla siz:

- Data Science və bununla əlaqəli sahələrə aid seminarlarda iştirak edəcəksiniz;
- İşinin peşəkarı olan mütəxəssislərlə görüşmək, onlardan sahə üzrə tövsiyələr almaq imkanı qazanacaqsınız;
- Data Science üzrə lazımi bilik və bacarıqların öyrənilməsinə əsaslanan silsilə təlimlərə qoşulacaqsınız;
- Yeni şəxslərlə tanış olaraq öz dost çevrəni genişləndirəcəksiniz.

 Kimlər müraciət edə bilərlər :

  •  16-25 yaş aralığındakı gənclər;
  •   Azərbaycan, xüsusən Bakıda yaşayan gənclər;
  •   Data Science ixtisası üzrə inkişaf etməyə, gələcəkdə bu sahə üzrə ixtisaslaşmağa yüksək motivasiyası olan gənclər;
  •   Yenilikçi, innovativ və kreativ gənclər;
  •   Komanda ilə birgə işləməyə motivasiyası olan gənclər;
  •   İngilis və ya hər hansısa dil biliyinin olması arzu olunandır.

 Müraciət üçün  son tarix: 25 avqust 2023-cü il, saat 23:59