yeni-yol-genclerin-maariflendirilmesi-ictimai-birliyi-inkisaf---region-genclerinin-pese-ve-ixtisas-saheleri-uzre-desteklenmesi-adli-layihe-heyata-kecirecek

“Yeni Yol” Gənclərin Maarifləndirilməsi İctimai Birliyi "İnkişaf - region gənclərinin peşə və ixtisas sahələri üzrə dəstəklənməsi” adlı layihə həyata keçirəcək

“Yeni Yol” Gənclərin Maarifləndirilməsi İctimai Birliyi (Birlik) "İnkişaf - region gənclərinin peşə və ixtisas sahələri üzrə dəstəklənməsi” adlı layihə həyata keçirəcək.
Belə ki, Birliyin təşəbbüsü və təşkilatçılığı, youthfundaz maliyyə dəstəyi və genclerin_inkisafi təşkilati dəstəyi ilə cari ilin noyabr və dekabr aylarında Astara, Goranboy və Qusar rayonlarının ümumi təhsil məktəblərində oxuyan şagirdlərin peşə və ixtisas seçimi ilə bağlı düzgün istiqamətləndirilməsinə dair maarifləndirici layihə həyata keçirəcək.
“İnkişaf” layihəsinin ilkin mərhələsi artıq fəaliyyətə başlamışdır. Hazırda təlimçilər tərəfindən rayonlarda keçiriləcək təlimlərin modulları və təlim materialları üzərində işlənir. Paralel olaraq regionlarda təlimlərdə iştirak edəcək gənclərin seçim prosesi elan olunmuşdur və seçim prosesi layihənin tərəfdaşlarının region nümayəndəliyi və layihənin komandası ilə birlikdə aparılır. 
"İnkişaf" layihəsini həyata keçirməkdə məqsəd təhsil aldığı müddətdə aşağı nəticə göstərən region gəncləri arasında təhsilə marağın artırılmasını, onlara karyera planlaşdırılmasında dəstəyin göstərilməsini, bilik, bacarıq və maraq dairələrinə uyğun düzgün peşə və ixtisasa istiqamətləndirilmələrini, əmək bazarı və məşğulluq kimi sahələrdən məlumatlı olmalarını təmin etməkdir