Yerin məsafədən müşahidəsi üzrə müsabiqəyə müraciət edin, layihənizi reallaşdırın
Yerin məsafədən müşahidəsi üzrə müsabiqəyə müraciət edin, layihənizi reallaşdırın və qalib seçilib mükafat qazanın!
Müsabiqə haqqında
2016-cı ildən keçirilən müsabiqənin əsas məqsədi Azersky peykindən əldə olunan təsvirlərin Azərbaycanda istifadəsini əlçatan etmək, ölkə daxilində peyk təsvirləri ilə həyata keçirilən layihələrin inkişafını sürətləndirmək, ölkəmizdə elmi fəaliyyəti təşviq etmək, sosial-iqtisadi durumun inkişafına dəstək olmaq, eyni zamanda Yerin müşahidəsi xidmət və həllərinin müxtəlif sahələrdə tətbiq potensialını tanıtmaqdır. Bu elm müsabiqəsi ölkəmizin “Azərbaycan 2030: sosial-iqtisadi inkişafa dair Milli Prioritetlər”, eyni zamanda, BMT-nin “Dünyamızın transformasiyası: 2030-cu ilədək dayanıqlı inkişaf sahəsində Gündəlik”dən irəli gələn öhdəliklərin icrası istiqamətində xüsusi əhəmiyyət kəsb edir.
Kim iştirak edə bilər?
Müsabiqədə 18 yaşdan yuxarı hər kəs iştirak edə bilər. İştirakçıların işlədiyi sahə və təcrübəsi ilə bağlı tələblər qoyulmur. Müsabiqəyə universitet müəllim və tələbələri, tədqiqat institutlarının əməkdaşları, müstəqil tədqiqatçılar və ya hər hansı tədqiqatla məşğul olan dövlət/özəl sektor təmsilçiləri və digər iştirakçılar qatıla bilər.