youth-inc-sahibkarliq-proqramina-start-verilir

“Youth Inc.” Sahibkarlıq Proqramına start verilir!

Dünya Resurslar İnstitutunun araşdırmasına əsasən, Azərbaycanda su stresi orta yüksək olaraq qiymətləndirilir və 2040-cı ilədək Azərbaycan su qıtlığı yaşayacaq 33 ölkə arasından 18-ci yerdədir.

Bu həyəcan təbilinə “Youth Inc.” Sahibkarlıq Proqramı Azərbaycanda mövcud su problemlərinə innovativ həll yolları tapmaq və su ehtiyatlarının düzgün idarə olunmasının vacibliyini çatdırmaq üçün bir layihəyə start verdi.

“from Start to Smart” adlı bu layihə 9 aylıq müddəti əhatə edir və 4 mərhələdən ibarətdir. Siz bu layihədə su ilə bağlı ideyanızın prototipini hazırlamaq, mentorluq sessiyaları kimi imkanlardan yararlanacaqsınız. Həmçinin layihənin son mərhələsində qalib komandalar 17.000 AZN-dək olan investisiya fondundan investisiya əldə edəcək.

Layihənin beynəlxalq tərəfdaşı olan “Global Water Challenge” və “Coca-Cola” Fondunun nəzdində fəaliyyət göstərən “New World” Proqramı sizin ideyanızın beynəlxalq səviyyədə tanınmasına imkan yaradacaq. Həmçinin layihənin dövlət tərəfdaşları Azərbaycan Respublikası Gənclər və İdman Nazirliyi, Ekologiya və Təbii Sərvətlər Nazirliyi, Azərbaycan Respublikasının Kənd Təsərrüfatı Nazirliyi yanında Aqrar Kredit və İnkişaf Agentliyidir.

Layihəyə qoşulmaq üçün link burada 
Son müraciət tarixi: 26 aprel 2021, saat 23:59