zaqatala-balaken-kob-inkisaf-merkezi--terefinden-mikro-kicik-ve-orta-sahibkarlar-elece-de-yeni-biznese-baslayanlar-ucun--brendinq-movzusunda-telim-kecirilecek--

Zaqatala-Balakən KOB İnkişaf Mərkəzi tərəfindən mikro, kiçik və orta sahibkarlar, eləcə də yeni biznesə başlayanlar üçün “Brendinq” mövzusunda təlim keçiriləcək.

Zaqatala-Balakən KOB İnkişaf Mərkəzi (#KOBİM) tərəfindən mikro, kiçik və orta sahibkarlar, eləcə də yeni biznesə başlayanlar üçün 27 sentyabr 2021-ci il tarixində, saat 19:00- 21:00-də “Brendinq” mövzusunda təlim keçiriləcək.

Qeyd edək ki, peşəkar təlimçi Namiq Bayramov Azərbaycan Dövlət İqtisad Universitetində Marketinq ixtisası üzrə bakalavr və magistr dərəcəsi alıb. 2010-cu ildə İstanbul şəhərində Europen School of Economics-in Beynəlxalq Marketinq Sertifikatını alıb. Əmək fəaliyyəti dövründə Nurgun Holding, Vitam Advertising Agency, Maxmedia Advertising Agency kimi reklam agentliklərində çalışıb. Hazırda ölkənin ən tanınan reklam agentliklərindən biri olan “Yello Advertising” in həmtəsisçisidir. Azərbaycan Dövlət İqtisad Universitetində “Marketinq Menecement”, “Beynəlxalq Marketinq” fənlərini tədris edib. Hal-hazırda isə Lənkəran Dövlət Universitetində “Marketinq Kommunikasiyaları”, “Reklamın Planlaşdırılması və İdarə Edilməsi”, “Xidmət Sahələrinin Marketinqi”, “Marketinq Tədqiqatları” fənlərini tədris edir. Marketinq Peşəkarları Birliyinin təsisçilərindən biri və İdarə Heyətinin sədridir.

Təlimdə iştirak etmək istəyən KOB-lar 27 sentyabr saat 19:00-da bu link vasitəsilə daxil ola bilərlər:

Meeting ID: 850 3574 0456