zehninizi-acmaq-ucun-12-gundelik-verdis--

Zehninizi açmaq üçün 12 gündəlik vərdiş

Biz hazırda bizi gələcək naliyyətlərimizdən uzaqlaşdıracaq çevrəylə əhatə olunmuşuq.

Fokusumuzu yayındıracaq ya da reaksiyalarımızı formalaşdıracaq ünsürlər həyat keyfiyyətimizi aşağı salır. Zehnimiz açıq gördüyümüz işə konsantrasiya olmaqda çətiinlik çəkiriksə bundan qurtulmağın bəzi yolları var. 

1. Gün içində ən az 15-20 dəqiqə gəzmək zehni olaraq sizə müsbət təsir edəcək.
2. Səhər limonlu su içmək özünüzü daha sağlam, zehni cəhətdən daha təmiz hiss elətdirir.
3. Gecədən sabahki günü planlamaq Günü başlamazdan əvvəl nəyi həyata keçirmək istədiyinizi bilirsinizsə, nə istədiyinizi daha dəqiqləşdirirsiniz və ehtimal ki, bunun baş verməsindən əmin olacaqsınız.
4. Böyük rəsmi görmək hər zaman fərqindəlik yaradır. Daima nə istədiyinizi xatırlayanda sizi hədəfdən caydıracaq bütün müdaxiləni görməzdən gəlmək olur.
5. Başladığınız işin nəticələrini əvvəlcədən aydınlaşdırın. Hədəfə çatmaq üçün qurduğunuz sistemi analiz edərək atdığınız addımların nə dərəcədə faydalı olduğunu anlamaqda kömək edəcək. Məsələn artıqçəkili olduğunuz təqdirdə gərəkən az yeyib çox hərəkət etməkdir. Ancaq bunu etsəniz də çəkiniz azalmırsa artıq burada ümumi gedişatı gözdən keçirməli və planda dəyişiklik etməkdə fayda var.
6. Sizin üçün onəmli olan şeyin nə olduğuna qərar verin. Hara getdiyinizi bilmək hər zaman faydalıdır. Bunun qərar vermək üçün mental sağlamlıq, gündəlik yuxu sistemi yerində olmalıdır.
7. Təməl 5 özünə qulluq, yuxu, sağlam qida, su içmək, idman etmək, günü planlama kimi aktivitələri gözardı etməyin. Hər şey sizin sağlamlığınızdan başlayır
8. Hər gün düşünəcəyiniz mövzulara siz qərar verin. Günə sosial media ilə başlamaq sizin gününüzə iradəniz xaricində yön verə bilər.
9. Sağlam bir səhər rutininə sahib olmaq həyatınıza daha çox zehni aydınlıq gətirməyin ən güclü yollarından biridir. Zövq aldığınız Hər səhər otuz dəqiqə özünüzə sərf etməyinizə icazə verə bilsəniz, özünüzə qulluq 
10. Telefonda xəbər lentini aşağı yuxarı verib daima neqativ xəbərlər almaq yerinə informasiya əldə etmə ehtiyacınızı sizə faydalı mətnlər, məqalə və ya kitab oxuyaraq, dinləyərək də ödəyə bilərsiniz.
11. Gündəlik tutmaq, gündəliyinizi dizayn etmək sizə çox həyatınızı səliqəyə salmaq üçün, planlarınıza daha fərqli gözlə baxaraq zehninizə aydınlıq gətirəcək.
12. Həyatınızı toksik münasibətlər və insanlardan arındırın. Daimi zərərli və neqativ, daimi tənqidi baxış sizin gündəlik həyatınızdan zövq almağınıza mane olaraq sizi gərəksiz istiqamətə yönləndirəcək.

Həyatınızı digərləriylə müqayisə və olduğunuz mühiti qəbul etməmək sadəcə sizə zərər verə bilər.

Bu tip psixoloji sağlamlığınızı və düşüncənizi mənfi yöndə təsir edən istənilən amili  həyatınızdan çıxarmaq keyfiyyətli yaşamağınız üçün vacibdir.