zin-telimine-qeydiyyat-davam-edir---

ZİN təliminə qeydiyyat davam edir!  

Gender Hub Azerbaijan atalar və övladları üçün nəzərdə tutulmuş ZİN təlimi (workshop)  ilə qarşınızdadır!

Sizlərə “EU4Gender Equality: Birlikdə gender stereotiplərinə və gender-əsaslı zorakılığa qarşı" proqramı çərçivəsində baş tutacaq  ZİN təlimi (workshop) haqqında ətraflı məlumat vermək istərdik.

Təlim əsas məqsədi ataların ailədə iştirakçılığını artırmaq, atalar və övladları ilə birlikdə işləyərək zin kitabçaları yaratmaqdır. Yaradıcı təlim sessiyası zamanı atalar və uşaqlar zin hazırlama texnikalarını öyrənəcək və birlikdə praktik olaraq kiçik kitabçalar hazırlayacaqlar.

Təlimçi: Aylin Ələkbərli – Azərbaycan Fransa Universitetinin tələbəsi və Fransız-Alman “Gender Bərabərliyi Mükafatı”nın finalçısı.
Tarix: 14 İyun
Saat: 18:00
Qeydiyyat üçün link

Nəzərinizə çatdıraq ki, təlimlərdə iştirak hər kəsə açıqdır və bütün materiallar Gender Hub Azerbaijan tərəfindən təmin olunacaqdır.

Təlimin həyata keçirilməsində göstərdikləri təşəbbüsə görə aktivistlər Roman Qocayev (Roman Gojayev) və Aylin Ələkbərliyə (Aylin Alakbarli) təşəkkür edir, fəaliyyətlərində uğurlar arzu edirik.

Qeyd edək ki, “EU4Gender Equality: Birlikdə gender stereotiplərinə və gender-əsaslı zorakılığa qarşı" proqramı Avropa İttifaqı tərəfindən maliyyələşdirilir və BMT-nin Əhali Fondu (UNFPA) və BMT-nin Qadınlar üzrə Agentliyi (UN Women) tərəfindən birlikdə həyata keçirilir.