İnformasiya Təhlükəsizliyi üzrə mütəxəssis

Şirkət haqqında
Əmək haqqı
Razılaşma

İş haqqında

Vəzifə öhdəlikləri:
- İT təhlükəsizlik servislərinin proqram-texniki vasitələrinə texniki dəstək, texniki müşayiət (inzibatçılıq) və monitorinq;
- İT təhlükəsizlik servisləri üzrə yeni proqram-texniki vasitələrinin tətbiqi;
- “SOC - Security operations Center” - istifadə edən informasiya təhlükəsizliyi proqram-texniki alətlərinin effektivliyinin artırılması “policy tuning”, “rule tuning”;
- İnformasiya təhlükəsizliyi üzrə tələblərin (siyasət, prosedur, qaydalar və s.) icrasına və standartların tətbiqinə nəzarət;
- “SOC” fəaliyyətində iştirak;
- İnformasiya təhlükəsizliyi üzrə insidentlərinin araşdırmasında (“incident investigation”, “insident forensics”) iştirak;
- İnformasiya təhlükəsizliyi insidentlərinə cavab-vermə prosesində (“ISIRT”, “Incident response”) iştirak;
- İnformasiya Təhlükəsizliyi İnsidentlərinin sənədləşdirilməsində iştirak.

Tələblər:
- İnformasiya təhlükəsizliyi sahəsində mütəmadi inkişaf etmək, öyrənmək istəyi;
- Ali təhsil;
- İnformasiya təhlükəsizliyi və ya proqramlaşdırma və ya sistem/şəbəkə inzibatçılığı sahəsində üzrə minimum 2 il iş təcrübəsi;
- Müasir təhlükələrə, boşluqlara və mühafizə texnologiyalarına dair biliklər;
- Beynəlxalq İnformasiya təhlükəsizliyi sahəsində standartlar, təcrübələr haqqında biliklərin olması;
- Təhlil bacarıqları, məsuliyyətlilik, təşkilatçılıq qabiliyyəti, dəqiqlik;
- Azərbaycan dili səlis, rus və texniki ingilis dillərini yaxşı səviyyədə bilməsi.

Namizədlərdən CV-lərini “İnformasiya Təhlükəsizliyi üzrə mütəxəssis” mövzusu ilə hr@azericard.com ünvanına göndərmək xahiş olunur. Yalnız tələblərə uyğun olan namizədlər müsahibəyə dəvət olunacaqlar.
Son müraciət tarixi: 2021-05-28