Tikinti işləri üzrə sahə rəisi

Şirkət haqqında
Əmək haqqı
Müsahibə əsasında

İş haqqında

Vakansiya haqqında
İş yeri: Bakı, Azərbaycan
İş saatı : Həftədə 6 gün
İşə başlama tarixi: Təcili
Əmək haqqı: Müsahibə əsasında təyin ediləcəkdir.

Vəzifə öhdəlikləri
• Tikinti sahəsində inşaat işlərinə, proseslərə və texniki xidmət işlərinə nəzarət edir;
• Lahiyənin iş proqramına uyğun olaraq öhdəliyə götürülmüş inşaat istehsalını vaxtında, nöqsansız və müəyyən olunmuş keyfiyyətə uyğun olaraq icra edir;
• Tikinti işlərinin plana və büdcəyə uyğun aparılmasına, kənarlaşmaların müvafiq qaydada sənədləşdirilməsi və əsaslandırılmasına nəzarət edir;
• Material, işçi və işçi heyəti və podratçının ehtiyaclarını əvvəlcədən müəyyən edərək, Texniki ofis rəhbərinə bildirir və onlardan səmərəli istifadə olunmasını təmin edir;
• Obyektlərin inşası üçün Texniki şöbə tərəfindən tələb olunan texniki sənədləşmə işlərini təşkil edir;
• Göstərilən iş proqramına uyğun olaraq, təfsilatlı iş proqramı hazırlayır;
• Xərclər barədə məlumatları tam şəkildə müəyyən olunan formalarda saxlayır və Texniki ofis rəhbərinə göndərir;
• Tərtib edilmiş layihələri yoxlayaraq, tikinti işlərinə sürət və maliyyə baxımından təsir göstərəcək mövzularda tövsiyələr hazırlayır;
• Ərazi, nümunələr, sınaq test metodları və istifadə edilən avadanlıqlar ilə bağlı olan təhlükələr və müəssisənin əməyin təhlükəsizliyi prosedurlarını müəyyən edir;
• Ərazinin yerini, çıxış imkanlarını, vaxt qrafikini tələblərini müəyyən edir;
• Problemləri aradan qaldırır, dəyişiklikləri planlaşdırır və idarə edir;
• İnsan resursları planına uyğun olaraq tabelikdə olan işçi heyətinə rəhbərlik edir;
• Mövcud standartlara əsasən keyfiyyətə təminat verir;
• Layihənin iştirakçıları, müştəri və digər maraqlı tərəflər arasında razılaşdırılmış kommunikasiya proseslərini həyata keçirir;
• Görülmüş işlərin uçotunu aparır,günlük, aylıq, rüblük, illik statistik hesabatlar hazırlayır;
• Sifarişçilərin tamamlanmış tikinti obyektləri üzrə komplekslərin və ayrı-ayrı hissələrin təhvil verilməsinə rəhbərlik edir;

Təhsil və iş təcrübəsi
• Mülki inşaat, İnşaat mühəndisliyi sahələri üzrə ali təhsil;
• Minimum 10 il inşaat sahəsi üzrə ümumi təcrübə.

Bacarıq və səriştələr
• Ünsiyyət və yüksək təşkilati və idarəetmə bacarığı;
• Fors-major hallarda sürətli və düzgün qərar qəbul etmə bacarığı;
• Problemi qısa zaman çərçivəsində həll edə bilmə və analiz etmə bacarığı;
• Kompüterdə office programlarında sərbəst işləmək bacarığı;
• Yaş həddi 35-50

Bilməlidir
• Sahədə və ya obyektdə istehsal təsərrüfat fəaliyyətini müəyyən edən metodiki, normativ və başqa göstərici materialları;
• Tikinti istehsalatının təşkili və texnologiyasını, tikilməli obyektlərin layihə-smeta sənədlərini, tikinti norma və qaydalarını;
• Tikinti quraşdırma işlərinin aparılması və qəbuluna qoyulan texniki şərtləri;
• Əməyin mühafizəsi, təhlükəsizlik texnikası, istehsalat sanitariyası və yanğın əleyhinə mühafizənin norma və qaydalarını.

Müraciət qaydası
Zəhmət olmasa CV-lərinizi hr@amalgroup.az e-mail adresinə göndərin.
CV-ləri göndərərkən başlıq yerinə “Sahə rəisi” qeyd etməyi unutmayın.
Son müraciət tarixi 29 Aprel 2021