basqalarini-qiymetlendirmeyin-vacibliyi--

Başqalarını qiymətləndirməyin vacibliyi

Həyatda qura bildiyin ən dəyərli amillərdən biri digər insanlarla olan münasibətlərdir. 


İnsanlar prioritetləri qədər müxtəlifdir. Kiminsə yalnız bir ailəyə, kiminsə yalnız bir dosta, kiminsə böyük bir ünsiyyət dairəsinə ehtiyacı ola bilər, amma hər kəsin etibar edə bildiyi ən azı bir insana ehtiyacı var. 
Lakin bu münasibətlər maddi şeylərə bənzəmir. Bu münasibətləri inkişaf etdirmək və onları dəstəkləmək üçün nə qədər səy göstərmisən? Eyni enerji sərfiyyatı peşəkar mühit üçün də keçərlidir. 
Bizim peşəkar uğurumuz əsasən şəbəkələrimizi necə uğurla qurmağımızdan və həmkarlarımızla, rəhbərliklə və ya əməkdaşlarımızla qarşılıqlı münasibətimizdən asılıdır. Başqalarını qiymətləndirməyi öyrəndikdən sonra daha güclü peşəkar şəbəkələr yarada və karyeranda inkişaf edə bilərsən. Bəs bunun üçün hansı bacarıqlara diqqət yetirməli? 
İlk bacarıq ünsiyyətdir. İstər verbal ya qeyri-verbal ünsiyyətin qarşı tərəfdə sənin haqqında peşəkar təəsurat formalaşdırmalıdır. Müştərilərlə danışmaq və onların tələblərini başa düşmək, rəhbərliyin göstərişlərinə əməl etmək və həmkarları ilə planlar qurmaq üçün lazım olan bu keyfiyyət iş mühitində uğurlu olmana şərait yardacaq. Digər insanlarla əlaqəli hər hansı bir işdə, ünsiyyətdəki səhvlər baha başa gələ bilər. 
Xidmət göstərən insanları qiymətləndir. Hər gün sənə xidmət edənlərə və kömək edənlərə minnətdarlığını bildir, təşəkkür et. İstər təmizlik işçisi olsun, istər bir mağazada kassir və ya kuryer, bu insanlara xeyirxah olmaq və xidmətlərini tanımaq vacibdir.
Biraz qayğı. Hazırda ünsiyyətdə olduğun insanlar haqqında nə dərəcədə məlumatlısan? Xüsusən iş mühitində biruzə edilməyən şəxsi amillər arasında həmkarlarının hansı daxili mübarizələri fəth etdiklərindən xabərdarsanmı? Səndə olduğu kimi onların da çətin anları, problemləri və narahatlıqları olur. Komandada dəstək və ruh yüksəkliyi yaratmaqla sən, yalnız işdə deyil, o insanlarla şəxsi münasibətlərdə qazanmış olacaqsan. Kiçik jest, xoş söz və ya edilən səylərər görə tərif heç də çətin deyil, önəmli olan diqqət və düzgün zamanlamadır. 
Yaxınlarımız ilə münasibət. Çox zaman iş mühitində qarşılaşdığımız çətinliklərə və ya orda biruzə verə bilmədiyimiz neqativ emosialara görə yaxınlarımıza qarşı diqqət və qayğısız qala bilirik. Uğurlu fərd olaraq özünü yetişdirmək istəyirsənsə, səni dəstəkləyən, yanında olan insanların əziyyət və zamanına dəyər verməyi öyrənməlisən. Onlar daima bizim ilə olmayacaq, lakin səni nankor deyil də, əksinə dəyər verən insan kimi xatırlayacaqlar. 
Davranışın gücü. Qeyd olunanlar sırasında ən önəmlisi, öz davranışınla ətrafında olan insanları dəyərləndirmək və vacib hiss etdirməkdir. Yəni yaratdığın şəxsi brenddə özünü¬¬, davranışı və sözləri ilə başqalarını qınamayan əksinə mövcud olan uğurlara sevinən peşəkar kimi tanıt. Bu yanaşma səni istənilən mühitdən olan insanlar ilə dil tapmağına və ortaq dəyər yaratmağına kömək olacaq.

İnsanlar ilə münasibəti qiymətləndirmək əsl incəsənətdir.

Bu sənətə yiyələnmək və dəyərini bilənlər sıralarında sən də ola bilərsən.