biliyin-tedbiqi-ucun-7-meslehet--

Biliyin tədbiqi üçün 7 məsləhət

Müxtəlif sahələrdə bilik və məlumat sahibi olmaq möhtəşəmdir. Lakin təcrübəyə tədbiq etmirsənsə, əhəmiyyəti yoxdur.  
Bilik gücdür. Bu biliyi vasitəyə çevirib, xeyrinə istifadə etmək sənin əlindədir. 
Gəl bir nümunəyə nəzər yetirək. Ən yaxşı bal və qiymətə sahib olan tələbələrin (əlaçı) karyerada uğur qazanacaqları demək deyil. Bəs buna səbəb nədir? Əlaçı düşüncəsində olan tələbələr, daha çox materiala fokuslanır. Bəziləri əzbərləyir, bəziləri isə nəzəriyyəyə çox köklənir. Bu səbəbdən tədbiq və təcrübə yönümlü inkişaf etməmiş beyin, gələcəkdə işdə yaradıcı deyil, tabeçi rolunda olur. Daha az göstəriciləri olan tələbələr isə daha azad və müstəqil düşüncəli olduğundan, məlumatı təcrübədən keçirdərək, anlayaraq mənimsəyirlər. Nəticədə istənilən işi qorxmadan tədbiq edib, səhvləri üzərindən öyrənə bilirlər. 
Bu kiçik bir nümunədir, lakin iş həyatında müşahidə olunduğuna görə səninlə paylaşmağa tələsir, biliyini tədqib etmək üçün çalışırıq.


Bu inkişaf yolunda dəstək olacaq 7 prinsip aşağıdakı kimidir:
Özünə dəyər ver
Hər şeydən öncə özünə, öz bacarıqlarına önəm ver. Nə lazım olduğunu bilsən, nə kimi informasiyaya köklənməli olduğunu da anlayacaqsan. Çox tez-tez mənfi hisslər sənin şəxsi inkişafındakı investisiyanın qarşısını alır. Özünü kifayət qədər qiymətləndirirsənsə, bu inanclardan özünüzü azad edə bilib, daha yaxşı seçim edə və miflərə deyil, biliklərə əsaslanaraq hərəkət edə bilərsən.
Düşüncənis sınaqdan keçirin
Bilik faydalı bir vasitədir, amma effektiv istifadə üçün, necə tətbiq olunmasından asılıdır. 
İnformasiya toplamaq xətrinə məlumat yığmayın. Yüksək inkişaf etmiş insan beyni sənin düşüncələrini dumanlandıra və dağıdıcı nəticələrlə davranışını səmərələşdirə bilər. 
Status-kvoya bağlı olan EGO, yeni perspektivlər və seçimlərdən qaçınmaq üçün bu "güvənliyi" yerində saxlamağa çalışır. Ego dəyişiklikdən qorxur—hətta yaxşılığa doğru dəyişikliklər, - çünki onun rahatlıq zonası nə qədər yorucu olsa da, tanışlığa 
Mentor seç
Bəzən bizi hərəkətə gətirən hadisə deyil, şəxslər tapmaq faydalıdır. İşin icrası və ya bizi motivasiya edən həmin şəxslər nəyisə bilməklə kifayətlənməmizə imkan verməz. Bizi daima icraya sövq edər. lakin bunun üçün düzgün mentor seçilməlidir. 
Özgüvənli ol
Bəzən icra etməmə səbəbin, özünə inanmamaöındır. Yenilikləri sına, cəhd et, səhvlərdən öyrən. Hamı hər şeyi bilmir, hər kəs addım addım irəlləyir. Özünə inamın olduqda, səhv etməkdən qorxmayacaq, öyrənməyə açıq olacaqsan. Iş dünyasında vacib olan bu keyfiyyət sənə çoxlu yeni imkanlar tanıdacaq. 
Götür qoy etmək
Hər şeyin ideal olması uğrunda çalışan insanlar üçün gözü yümlu cəhd etmək çətindir. Onlara uzun müddət araşdırmaq, öyrənmək, təcrübəni müşahidə etmık lazım olur. Bu heç də pis deyil, önəmli olan nəticədə addım atıb, icra etməkdir. 
Bu səninlə paylaşdırğımız kiçik bir nəzəriyyədir. Hazırda bunu oxuyur ola bilərsən, lakin gedib, ocra etmək və nəyisə dəyişmək yenə sənin öz əlindədir.

Uğurlar!