progro-gence-merkezimizin-bu-defeki-qonagi-gence-beynelxalq-xestexanasinin-insan-resurslari-uzre-meneceri-natavan-abbasova-oldu--

PROGRO Gəncə mərkəzimizin bu dəfəki qonağı Gəncə Beynəlxalq Xəstəxanasının İnsan Resursları üzrə meneceri Natavan Abbasova oldu.

Bu dəfə PROGRO Gəncə mərkəzində qonağımız Gəncə Beynəlxalq Xəstəxanasının İnsan Resursları üzrə meneceri Natavan Abbasova oldu. Natavan xanım görüş zamanı öz karyera təcrübəsini gənclərlə bölüşdü, peşəkar iş mühitində qarşılaşdığı çətinliklər, peşəkar işçi profilində tələb olunan bacarıqlar haqqında ətraflı məlumat verdi.
Sonda müəssisədəki təcrübə proqramı və işəgötürmə prosesi ilə bağlı məlumat verildi, iştirakçıların sualları cavablandırıldı.
Natavan xanıma PROGRO komandası adından təşəkkürümüzü bildirir, uğurlar arzu edirik


Qeyd edək ki, PROGRO - işaxtaran və işəgötürənləri birləşdirən inkişaf platformasıdır. Məqsədimiz gənclərin peşəkar inkişafı, sosial əlaqələrin genişləndirilməsi və yerli əmək bazarında dayanıqlı məşğulluğunun təmin edilməsidir.

“Peşəkar İnkişaf və İnnovasiyalar (PROGRO) Platforması” BMT İnkişaf Proqramı ilə Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi tərəfindən həyata keçirilir və USAID tərəfindən maliyyələşdirilir.

PROGRO Platformasının əsas məqsədi peşəkar səriştəli gənclərin yetişdirilməsi və onların əmək bazarına inteqrasiyasının təmin edilməsidir.
PROGRO Platforması Gəncə, Zaqatala və Sumqayıtda fəaliyyət göstərən Gənclərin Peşəkar İnkişaf Mərkəzləri vasitəsilə icra olunur.