progro-gence-merkezinin-bu-hefteki-mutexessisle-gorus-gununun-qonaqlari-almarket-satis-mudiri-memmedov-sexavet-bazar-store-satis-mudiri-saleddin-qulubeyli-ve-azersun-satis-mutexessisi--royal-memmedov-oldu--

PROGRO Gəncə mərkəzinin bu həftəki “Mütəxəssislə görüş” gününün qonaqları Almarket satış müdiri Məmmədov Səxavət, Bazar Store satış müdiri Saləddin Qulubəyli və Azərsun satış mütəxəssisi Royal Məmmədov oldu

PROGRO Gəncə mərkəzinin bu həftəki “Mütəxəssislə görüş” gününün qonaqları Almarket satış müdiri
Məmmədov Səxavət, Bazar Store satış müdiri Saləddin Qulubəyli və Azərsun satış mütəxəssisi  Royal Məmmədov oldu. Görüşdə PROGRO Platforması iştirakçıları və Azərbaycan Texnologiya Universitetinin tələbələri üçün təşkil olunmuşdu. 
Görüş zamanı Saləddin bəy Bazar Storeda iş imkanları, Səxavət bəy Almarketdə işə götürmə prosesi və Royal bəy isə Azərsun şirkətində işçidən gözləntilərlə bağlı gənclərə ətraflı məlumat verdi. Qonaqlar öz karyeraları, iş həyatı boyunca yaşadıqları çətinliklərdən və onların həll yollarından danışdılar. 
Sonda isə qonaqlar Almarket, Bazar Store və Azərsun şirkətlərində olan təcrübə proqramları haqqında  məlumat verdi və gənclərin suallarını cavablandırdılar. Səxavət bəyə, Saləddin bəyə və Royal  bəyə vaxt ayırıb görüşdə iştirak etdiklərinə və tövsiyələrə görə komandamız adından təşəkkür edir, işlərində uğurlar arzulayırıq.