psixoloqlar-sosial-isciler-ve-huquqsunaslarin-nezerine--

Psixoloqlar, Sosial İşçilər və Hüquqşünasların nəzərinə!

Gender-Əsaslı Zorakılığa Məruz Qalmış Qadınlarla İş

Bildiyiniz kimi, məişət zorakılığı ilə mübarizə üçün həm ölkəmizdə, həm də xaricdə bir çox platformalar/təşkilatlar/dərnəklər/sığınacaqlar mövcuddur. Onların uzunmüddətli və uğurlu fəaliyyətlərindən yararlana bilmək bizlər üçün böyük fürsətdir.

Bu səbəblə, aşağıda qeyd olunan tarix və saatlarda Türkiyənin İzmir Kadın Dayanışma və Sığınma Derneğinin psixoloqu və İdarə Heyətnin üzvü Ezgi Bayırlı tərəfindən 2 gün ərzində baş tutacaq seminarlarda dərnəyin təcrübəsi və fəaliyyəti haqqında öz təcrübələrini bölüşməklə yanaşı, psixoloji baxımdan həssas qruplarla iş fəaliyyətində bir neçə məsələyə toxunacaqdır.

Ezgi Bayırlı haqqında ətraflı məlumat:
Psixoloq Ezgi Bayırlı Türkiyənin İzmir şəhərində Yaşar Universitetinin psixologiya bölməsində tam təqaüdlə təhsil almış və universiteti fərqlənmə diplomu ilə bitirərək Psixoloq adını almışdır. Bakalavr təhsilindən dərhal sonra Sığınacaq Axtaranlar və Miqrantlarla Həmrəylik Assosiasiyasının (SGDD ASAM) daxilində, Ümumdünya Səhiyyə Təşkilatı (ÜST) və T.C. Səhiyyə Nazirliyi ilə birgə keçirilən Miqrant Sağlamlıq Tədris Mərkəzində Psixoloq kimi fəaliyyətə başlayıb. Eyni zamanda Türkiyədə gender, gender kimliyi və cinsi oriyentasiya, tanışlıq zorakılığı, uşaqların bədən səsi, həmyaşıd zorakılığı, psixoloji dəstəyə ehtiyacın bilinməsi, qadın hüquqları kimi mövzularda seminarların icraçısı olmuşdur. O, 2020-ci ildə SGDD-ASAM-dakı işini tərk edərək öz psixoloji dəstək ofisini açıb və hal-hazırda eyni yerdə psixoloji dəstək xidməti göstərir. Ezgi Bayırlı İzmir Qadın Həmrəyliyi Dərnəyinin idarə heyətinin üzvü və Dərnəyin Könüllü Psixoloq və Hüquqşünas Şəbəkəsi Layihəsinin psixoloq koordinatoru olaraq fəaliyyət göstərir. Eyni zamanda layihənin könüllü psixoloqlarından biri kimi zorakılığa məruz qalan qadınlara psixoloji konsultasiya xidmətlərini davam etdirir.


Tarix: 17 - 18 Noyabr
Saat: 17:00 - 20:00

Qeyd: İştirak üçün qeydiyyatdan keçmək vacibdir.