telimciler-ve-gelecekde-telimci-olmaq-isteyen-sexslerin-nezerine

Təlimçilər və gələcəkdə təlimçi olmaq istəyən şəxslərin nəzərinə!

Təlimçilər və gələcəkdə təlimçi olmaq istəyənlər:

“Gənc Təlimçilər və Multiplayerlər üçün İnsan Hüquqları Təhsili Üzrə Milli Təlim Kursu 2021” layihəsi sizin üçündür!

Milli Təlim Kursunun həyata keçirilməsində əsas məqsəd gənc təlimçilərin ehtiyaclarına əsaslanaraq bacarıqlarını inkişaf etdirmək, iştirakçılara qeyri-formal təhsilin dəyərini anlamağa kömək etmək və azərbaycanlı gənc təlimçilər şəbəkəsi yaratmaqdan ibarətdir.

Məlumat üçün qeyd edək ki, layihədə Bakı və regionlardan olan 25 gənc təlimçi və multiplayerlər iştirak edə biləcək.

İştirak etmək istəyən 18-29 yaş arası şəxslər 5 sentyabr 2021-ci il tarixinədək qeydiyyatdan keçə bilərlər. Həmçinin bildirmək istərdik ki, layihə 13-19 sentyabr tarixlərində Bakı şəhərində həyata keçiriləcək.

Ətaflı məlumat və qeydiyyat üçün linkə daxil ola bilərsiniz